“Gizli düşmən”lə mübarizədə Azərbaycan örnəyi! Daha bir İlham Əliyev Zəfəri, daha bir İlham Əliyev Qələbəsi!”-JALƏ ƏLİYEVA YAZIR – (ÜÇÜNCÜ-SONUNCU YAZI)

Daha bir həftə, daha üç Hadisə, daha üç Tarix!

(ÜÇÜNCÜ-SONUNCU YAZI)

***

Üçüncü hadisə-“ÇAĞIRILMAMIŞ QONAQ”LA MÜBARİZƏDƏ DAHA BİR AZƏRBAYCAN ÖRƏNƏYİ!

Düz bir ildir ki, dünyamızın başı üzərini növbəti qara buludlar alıb, insanlıq, bəşəriyyət növbəti imtahanla sınanılır.

Koronavirus adlı bəla “çağırılmamış qonaq” kimi, qapımızı, qapılarımızı kəsdirib.

Bütün önləyici, qabaqlayıcı addımlara rəğmən, ölkəmiz, dövlətimiz, xalqımız da koronavirus adlı bəla ilə mübarizəyə səfərbər olunub, “gizli düşmən”lə mübarizədədir və bu məsələdə, bu savaşda da Tarix yazıb, yenə və bir daha nümunə, təcrübə, örnək olub.

Dünyanın aparıcı ölkələrinin qarşısında az qala aciz qaldığı bəla ilə mübarizədə Azərbaycan dövləti ölkə Prezidentinin son dərəcədə müdrik və uzaqgörən siyasəti ilə bir çox uğurlara imza atıb, pandemiyanın önlənməsində, fəsadlarının qarşısının alınmasında böyük yol, məsafə qət edib.

Eyni zamanda, dünyaya, bəşəriyyətə bu bəla ilə mübarizədə əl uzadıb, növbəti maddi və mənəvi yardımını göstərib. Ümumdünya Səhiyyət Təşkilatına, Türk Şurası və Qoşulmama Hərəkatına üzv olan dövlətlərə, digər beynəlxalq qurumlara maddi yardım edib, öz xeyirxahlığını bir daha nümayiş etdirib.

Ölkə Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının cağırılması təşəbbüsünə 130-dan çox ölkə dəstək verib və son 8-9 ayda bir neçə dəfə bu istiqamətdə dünyanın bir saylı qurumunun iclasları, sessiyaları, toplantıları keçirilib, bir daha Azərbaycana minnətdarlıq ifadə olunub.

Bəli, elə bu günlərdə, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.

Belə ki, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır.

Eyni zamanda, qətnamə pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edən qətnamə, bu xüsusda, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.

Həmçinin, adıçəkilən qətnamə BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir.

Bununla yanaşı, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır.

Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir.

Onu da qeyd edək ki, qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı.

Bu yerdə onu da xusüsi şəkildə qeyd edək ki, sözügedən qətnamə ölkə başçısının 1 fevral tarixində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı.

Həmçinin, ölkə başçısının təşəbbüsünə uyğun olaraq, bəhs olunan qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edildi.

Bəli, daha bir uğur, daha bir İlham Əliyev Zəfəri, daha bir İlham Əliyev Qələbəsi!

Bəli, İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın sözü eşidilir, fikri, iradəsi, əzmi, mövqeyi nəzərə alınır, onunla hesablaşılır.

Bəli, artıq dikət edən bizik-Müstəqil, Hürr, Qalib, Müzəffər Azərbaycan! Yol da bizimdir, iz də bizimdir, Qələbələr də, Zəfərlər də bizimdir!

Bizim olanı da kimsə bizdən ala bilməz!

08:52

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

Daha 1690 yeni yoluxma-DAHA 19 ÖLÜM…

Read Next

“Kreml Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır: Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə çalışmalıyıq!”-POLİTOLOQ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir