Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya Federasiyası İstiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Etikxeber.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və ön qanadaltı örtüklərindən gömrük nəzarətindən gizlədilən 10600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Etikxeber.az