Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, yoxlama zamanı Rusiya Federasiyası istiqamətindən İdarənin “Xanoba” gömrük postunun ərazisinə daxil olan avtomobildən gömrük nəzarətindən gizlədilmiş 9 ədəd “Samsung GalaxY Prim” markalı mobil telefon, 20 ədəd boş mobil telefon qutusu və 6800 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Etikxeber.az