Gömrükçülər qızıl boyunbağı aşkar etdi

Astara Gömrük İdarəsində İran İslam Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, yoxlama nəticəsində vətəndaşın üzərində – gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmamış, ümumi çəkisi 279,83 qram təşkil edən və kustar üsulla hazırlanan 1 ədəd qızıl boyunbağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Bu gün İlaxır çərşənbəsidir

Read Next

“Bir sıra Avropa ölkəsi PKK-ya gizli dəstəyini davam etdirincə…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir