Gömrükçülər narkotik vasitə aşkarladı – FOTO

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Etikxeber.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Mazımçay” gömrük postunda Gürcüstandan “Mercedes-Benz” markalı yük avtomobili ilə gələn Türkiyə vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. “Lyama” ləqəbli kinoloji xidməti itin sürücüyə verdiyi reaksiya nəticəsində onun üzərindəki şalvarın arxa cibindəki pul qabının içərisindən iki ədəd kağız bükümdə ümumi çəkisi 3 qram olan narkotik vasitə – marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Sosialyönümlü xərclər ən böyük həcmə malikdir” – HESABLAMA PALATASININ SƏDRİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” – YENİ QANUN LAYİHƏSİ GƏLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir