Gömrükdə əməliyyat- Mobil telefonlar aşkar olundu – FOTO

Avtomobilin gizli saxlanc yerlərindən mobil telefonlar aşkarlandı.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 3 ədəd “Samsung Galaxy J2 Prime” və 3 ədəd “Samsung Galaxy J3 (6)” mobil telefonları aşkar edilib.

Etikxeber.az

Read Previous

Trampın iraqlı adaşı – FOTO

Read Next

Metropoliten “Made in Azerbaijan” brendinin yaradılmasına öz töhfəsini verəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir