“Görək indiki müdafiə naziri nə edəcək…” – AQİL ABBAS

Deputat: Səfər Əbiyev heç vecinə də almadı

Qarabağda müharibə başlayanda nə Müdafiə Nazirliyi, nə də hərbi qulluqçular vardı. Orada döyüşənlər adətən könüllü insanlar idi. Azərbaycanın bütün yerlərindən könüllü insanlar gəlib öz ciblərinin pullarına ordan-burdan silah alaraq torpağı könüllü qorudular və şəhid oldular.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

aqil_abbas_esas

Millət vəkili  bildirib ki, həmin vaxt  yaxşı döyüşənlər polis işçiləri idi: “Çünki onlar nizam-intizam görmüşdülər, qayda-qanunu, silahdan istifadəni bilirdilər. Azərbaycanın bir çox kəndi həmin zaman döyüşən polis və könüllülərin hesabına işğaldan azad olunub. Çox qəribədir ki, əlində avtomatının nömrəsi, ordudan tərxis olunmasına dair sənədi olan döyüşçülər var, amma onlar veteran sənədini ala bilmirlər. Bu hallar əvvəllər də olub.Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə də müraciət etmişik. Gedənin arxasınca danışmazlar. Ancaq köhnə müdafiə naziri Səfər Əbiyev heç vecinə də almayıb. Görək indi hazırki müdafiə naziri nə edəcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MSK üzvlərinə də diplomatik pasportlar verilə bilər – ƏLİ HÜSEYNLİ

Read Next

Oqtay Əsədovdan deputatlara kofe-çay XƏBƏRDARLIĞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir