“Görəsən, klounlar paradında növbəti kim olacaq, Kardaşyan bacılarımı?” – HİKMƏT HACIYEV

XİN-dən Avroparlamentin üzvünə sərt reaskiya

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə klounların və təlxəklərin qastrolları davam edir. Növbəti kloun isə Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək və marginal Martin Sonneborndur. Bu adamın siyasi təbliğat posterinə baxmaq kifayətdir.

Bunu Etikxeber.az-a açıqlamasında  Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

martin

O, deyib ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə klounların və təlxəklərin qastrolları davam edir.

“Növbəti kloun isə Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək və marginal Martin Sonneborndur. Bu adamın siyasi təbliğat posterinə baxmaq kifayətdir. Brüsseldə erməni lobbisinin rəhbəri Kaspar Karampetyan çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir. Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək kimin kim olduğunu dərk edir və ondan kənar dururlar. Hətta deyərdim ki, erməni lobbist Karampetyan öz biznes pulları hesabına əvvəllər bu kimi səfərlər təşkil edərək özü də bilmədən işğalın əsl həqiqətlərinin bəzi lazımı insanlara çatdırılmasına xidmət edib.Maraqlıdır, görəsən klounlar paradında növbəti kim olacaq, Kardaşyan bacılarımı? ”-deyə, XİN rəsmisi sonra əlavə edib.

Etikxeber.az

Read Previous

UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq – FOTO -YENİLƏNİB

Read Next

Baş nazir müəllimlərin dərs yükü normalarının müəyyən edilməsi qərarını dəyişdirdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir