Goranboy-Borsunlu Şəhidi… Babasının adını daşıyan, 28 yaşı tamam, Cənnətdəki ikinci doğum günü olan-MAXE CAHANGİR MƏMMƏD OĞLU QURBANOV… – FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün Qəhrəman Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cahangir Məmməd oğlu Qurbanovun ad günüdür.

Cahangir Qurbanovun bu gün 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Cahangir Qurbanov 1994-cü ilin sentyabrın 23-də Goranboyun Borsunlu kəndində-sadə bir ailədə anadan olub.

O, 2000-ci ildə T.Əliquluoğlu adına Borsunlu kənd tam orta məktəbinin 1-ci sinfinə gedib və 2011-ci ildə həmin məktəbi bitirib.

2012-ci ildə müddətli hərbi xidmətə yollanan Cahangir Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmət edib.

Əsgərliyini başa vurduqdan bir müddət sonra Cahangir yenidən həyatını hərb, Ordu ilə bağlayıb.

2016-ci ildən Azərbaycan Ordusunda MAXE-kəşfiyyatçı kimi xidmət etməyə başlayıb.

Və bir Vətən sevdalısı, hərbçi kimi 2020-ci ilin sentyabr ayının 27-də başlayan İkinci Vətən Müharibəsinə qatılıb.

Talış istiqamətində, Suqovuşan uğrunda gedən döyüşlərdə öz igidliyini göstətib.

Talış döyüşləri zamanı düşmənin iki postunun, eyni zamanda, 482-ci yüksəkliyin azad edilməsində böyük xidmətləri olub.

O, elə müharibənin ilk günündə, sentyabrın 27-də qəhrəmancasına Şəhid olub.

Bu yerdə qeyd edək ki, Şəhidliyindən cəmi 4 gün isə 26 yaşı tamam olubmuş…

Ancaq nəşi iki gün sonra, sentyabrın 29-da Borsunlu kənd qəbiristanlığında dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ata babasının adını daşıyan Cahangir Qurbanov həm də evin-ailənin son beşiyi və subay oğlu olub.

11:00

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra Borsunluda yerləşən “Cinar” şadlıq sarayında Şəhidin 28 yaşının tamam olması ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib, “Quran” oxunub.

Jurnalist Səbinə xanımın aparıcılıq etdiyi mərasimdə sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, Dövlət bayrağı (bayraqları) məclis keçirilən zala gətirilib.

Çıxışlar edilib, Şəhidin İgidliyindən, Qəhrəmanlığından söz açılıb.

Ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də qısa çıxışında Cahangir Qurbanov daxil olmaqla, İkinci Vətən Mühartibəsi Şəhidlərinin və cəmi Şəhidlərin tarixi Qələbə və Zəfərimizdəki rolundan, xidmətlərindən bəhs edib.

Şəhid valideynləri də öz növbəsində övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını bildirib, ziyarət və mərasim iştirakçılarına belə bir gündə onları tək buraxmadıqları üçün minnətdarlıq ediblər.

Eyni zamanda, Şəhidin anası Elminaz xanıma (Elminaz Qurbanovaya) “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Medal və vəsiqəni Şəhid anasına jurnalist, adıçəkilən təşkilatın təmsilçisi Kamil Həmzəoğlu təqdim edib.

Şəhidin anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlığını bildirib.

Məclidə həmçinin Şəhidin ad günü tortu kəsilib.

Ziyarət və mərasimdə Goranboy, Naftalan, Şamaxı, Bərdə, Ağdam, Samux və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, İcra başçısı Məhərrəm Quliyev başda olmaqla, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Ziyarət və mərasim 4 saata yaxın davam edib.

Məqamı Uca, Cənnətdəki ikinci doğum günü, 28 yaşı mübarək olsun!

Nur içində yatsın!

12:00

***

FOTOLAR:

12:08

***

12:30

***

12:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava yağışlı olacaq-SABAH

Read Next

Ailənin 3 oğlan övladından, 3 hərbçi qardaşdan biri, Qəhrəmanlar ailəsinin övladı, İkinci Vətən Müharibəsinin iştirakçısı, 4 medallı, əfsanəvi Xüsusi Təyinatlı-12 sentyabr Şəhidi Yusif Qurbanov VƏ ALİ TƏHSİLLİ, LEYTENANT, AİLƏNİN 3 ÖVLADINDAN BİRİ, SUBAY-12 SEBTYABR ŞƏHİDİ ÖMƏR ŞİRİNOV… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir