Goranboy istiqamətində hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi-AZAD OLUNDU…

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb.

Qeyd olunur ki, əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Döyüş əməliyyatları davam edir.

Etikxeber.az

Read Previous

MM-in təcili iclası-BAŞLADI – İCLASDA CƏBHƏDƏ BAŞ VERƏNLƏR MÜZAKİRƏ OLUNUR – ÖLKƏDƏ HƏRBİ VƏZİYYƏTİN ELAN OLUNMASI İLƏ BAĞLI QƏRAR QƏBUL EDİLİB – YENİLƏNİB – (2)

Read Next

Baş Prokurorluq Ermənistan ordusunun genişmiqyaslı təxribatları ilə bağlı-YENİ MƏLUMAT YAYDI, YARALILARIMIZIN SAYI 19-A ÇATDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir