Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Goranboy rayonunda yerləşən “Şahin” şadlıq sarayında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Goranboylu Şəhid ailələri, Qazilər, yerli ziyalılar, İcra başçısı Məhərrəm Quliyev başda olmaqla, Goranboy rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar başlayıb.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev əvvəlcə 8 noyabr-Zəfər Günü ilə bağlı tədbir iştirakçılarını, Qəhrəman Goranboyluları təbrik edib.
Eyni zamanda, mərhum dövlət başçısı Heydər Əliyevin siyasi kursunu uğurla və layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin 21 hakimiyyəti dövründə görülən tarixi işlərdən, Qələbə və Zəfərimizə gedən yoldan danışıb.
Bildirib ki, məhz aparılan müdrik və uzaqgörən siyasət, xalq-iqtidar birliyi nəticəsində 44 günlük İkinci Vətən Müharibəsi və ondan sonra keçirilən hərbi əməliyyatlarla düşmən, işğalçı və təcavüzkar Ermənistan üzərində tarixi Qələbə və Zəfər əldə edilib, torpaqlarımızın 30 illik işğalına son qoyulub.
İcra başçısı Qələbə və Zəfərimizdən sonra Qarabağın, işğaldan azad edilmiş bölgələrimizin yenidən bərpası, dirçəldilməsi istiqamətində böyük işlər görüldüyünü dilə gətirib.
Digər çıxışlarda da tarixi Qələbə və Zəfərimizə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Şəhidlərimizə və Qazilərimizə minnətdarlıq, ehtiram ifadə olunub.
Tədbirdə həmçinin, Vətənə, Şəhidlərə, Qələbə və Zəfərimizə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar və rəqslər ifa edilib.
3 saata yaxın davam edən tədbirdə xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az