Goranboy Şəhidləri: İki dost, iki qonşu-Arif Süleymanov və Məhəmməd Əşrəfov, cəmi 4 ayın içində hər iki oğlunu itirən Behbudovlar ailəsi… Arif Süleymanov, Məhəmməd Əşrəfov və Nofəl Behbudovun anasına-“VƏTƏN NAMİNƏ” ŞƏHİD AİLƏLƏRİNƏ DƏSTƏK İCTİMAİ BİRLİYİNİN “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

31 iyul 2022-ci il tarixində daha üç Şəhid ailəsini ziyarət etdik…

Daha üç İkinci Vətən Müharibəsi Şəhidinin ailə üzvlərinə, valideynlərinə baş çəkdik…

Goranboy rayonunun Veyisli kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Arif Süleymanov və Məhəmməd Əşrəfovun, o cümlədən Səfikürd kəndinin İkinci Qarabağ Savaşı Şəhidi Nofəl Behbudovun ocağında olduq…

Şəhid ailələrini ziyarətdə mənimlə birgə Goranboyun Nərimanlı kəndindən olan Qazi, 3-cü qrup müharibə əlili, iki övlad atası, iki medallı Fuad Həsənov da iştirak edirdi…

Qeyd edim ki, Arif Süleymanov və Məhəmməd Əşrəfovgildə ilk dəfə, Nofəl Behbudovgildə isə ikinci dəfə olurduq…

Bir müddət öncə Bərdəli Şəhid ailələri ilə birlikdə Nofəl Behbudovun Cənnətdəki ikinci doğum günündə iştirak etmişdik…

Nofəlgil iki qardaş, bir bacı olublar həm də…

Qardaşı Tapdıq onun Şəhidliyindən bir neçə ay öncə, 2020-ci ilin iyulun 29-da maşın qəzası nəticəsində dünyasını dəyişib…

Cəmi 4 ayın içində Behbudovlar ailəsi iki acı, iki dəhşət yaşayıb…

Veyisli Ariflə Məhəmməd isə ey küçədə, qonşuluqda yaşayıb, həm də dost olublar…

MAXE Arif Suqovuşanda, Azərbaycan Ordusunun əsgəri, cəmi 18 yaşlı Məhəmməd isə Füzuli istiqamətində Şəhid olub…

Məhəmməd həm də Xoşbəxt xanımla Yusif kişinin tək övladı olub…

Ziyarət zamanı bir daha hər üç Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladıq, bir daha Arif, Məhəmməd və Nofəl də daxil olmaqla, cəmi Şəhidlərimizin məkanlarının cənnətlik olmasını Böyük Yarandan dilədik…

Hər üç Şəhidimizin və cəmi Şəhidlərimizin ruhları və valideynləri qarşısında ehritamla baş əydiyimizi bildirdik…

Şəhidlərimizi, Arifləri, Nofəlləri, Məhəmmədləri…unutmağa heç kimin, heç birimizin haqqı olmadığını dilə gətirdik…

Hər üçi Şəhidimizin ailəsi ilə xeyli söhbətləşdik, dərdləşdik, bir daha Arif, Məhəmməd Nofəlin keçdikləri qısa, lakin şərəfli həyat və döyüş yollarına birlikdə ekskurs etdik, birlikdə nəzər saldıq…

Bir daha onlarla İftixar duyduq, Fəxr etdik, Qürurlandıq…

Daha sonra hər iki Şəhidimizin anasına-Arif Süleymanovun anası Bəsti xanıma, Məhəmməd Əşrəfovun anası Xoşbəxt xanıma və Nofəl Behbudovun anası Gülbəniz xanıma Qubalı Şəhidimiz Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olundu…

Şəhid analarına “Şəhid anası” medalı və vəsiqəsini təşkilatın təmsilçisi olaraq mən təqdim etdim…

Hər üç Şəhidimizin anası da belə bir addıma görə Şəhid anası Tünzalə xanıma və “Vətən Naminə”yə öz minnətdarlığını ifadə etdi…

12:40

***

FOTOLAR:

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Donetsk bölgəsini nə qədər çox insan tərk edərsə, rus ordusunun sizi öldürməsi üçün fürsəti bir o qədər az olacaq”-ZELENSKİ ƏMR VERDİ

Read Next

Hava küləkli olacaq, rayonlara yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir