Goranboy və Sumqayıtda yanğın oldu

Goranboy rayonunda yanğın hadisəsi baş verib.

Etikxeber.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Balakürd kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 78 m2 olan yardımçı tikilinin tavan hissəsi 30 m2 sahədə yanıb. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində də yanğın hadisəsi baş verib. Şəhər ərazisində taxtadan ibarət köşk, 4 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Etikxeber.az

Read Previous

Azərbaycan yığmasının hücumçusu Slovakiyanın “Jilina” klubuna keçdi

Read Next

Dünya birjalarında neftin qiyməti bahalaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir