Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıldı-RƏSMİ

Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb.

Etikxeber.az bildirir ki, Goranboy rayon prokurorluğundan mediaya verilən məlumata görə, azyaşlı – 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.

İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.

Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İkram Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam etdirilir.

Etikxeber.az

Read Previous

“Azərbaycan-Ukrayna əlaqələri dərin tarixi köklərə və xoş ənənələrə malikdir”-ƏLİYEV ZELENSKİNİ TƏBRİK ETDİ

Read Next

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşına əlavənin verilmə müddəti-SENTYABRIN 1-DƏK UZADILDI – QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir