Goranboyda dəhşətli yol qəzası: ÖLƏNLƏRİN SAYI 3-Ə ŞATDI-YENİLƏNİB

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Etikxeber.az məlumat verir ki, hadisə rayonun Qızılhacıllı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “BMW” və “VAZ 21099” markalı iki avtomobilin toqquşası zamanı 2 nəfərə ölüb, 5 nəfər ağır yaralanıb.

Qəza zamanı ölənlər 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı ,1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır.

Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır(APA).

13:47

***

 Son məlumata görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.

Belə ki, yol qəzasında ağır xəsarətlər alan 1972-ci il təvəllüdlü Dilarə Əliyeva xəstəxanada vəfat edib.

Bununla da, qəzada ölənlərin sayı 3-ə çatıb.

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti artım-1697 NƏFƏR – DAHA 13 ÖLÜM…

Read Next

Ailənin tək oğlu, iki övlad atası, üç medallı-ORXAN İSMAYILOVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: BU GÜN ONUN 32 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir