Goranboyda ağır yol qəzası-ÖLƏNLƏRİN SAYI 4-Ə ÇATDI…

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Etikxeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı mikroavtobusun aşması nəticəsində bir nəfərin öldüyü, 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir.

Yaralanan sərnişinlər 1978-ci il təvəllüdlü Mahmudova Təzəgül Xaliqverdi qızı, 1999-cu il təvəllüdlü Həsənov Mehman Telman oğlu, 1966-cı il təvəllüdlü Həsənova Rəna Kamal qızı, 1972-ci il təvəllüdlü Əsgərov Elşad Abdulla oğlu, 1997-ci il təvəllüdlü Şahverdiyev Sovet Lətif oğlu, 2004-cü il təvəllüdlü Mahmudova Aytən Eyvaz qızı, 1988-ci il təvəllüdlü Əkbərova Aytən Hüseyn qızı, 1976-cı il təvəllüdlü Ağayeva Gülnarə Çərkəz qızı və 1999-cu il təvəllüdlü Bəşirova Rəna Camal qızıdır.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

***

Goranboyda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.

Yaralıların sayı 10-dan artıqdır(APA).

Etikxeber.az

Read Previous

Ailənin 3 oğlan övladından biri…Döyüş yolu bir ay çəkən-27 yaşında Şəhid olan-ELVİN SƏXAVƏT OĞLU ABASOV… – FOTOLAR

Read Next

“Bəli, biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir… Ali Baş Komandanımızın da dediyi kimi, biz qayıtmışıq, durmuşuq və əbədi duracağıq!”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİNİN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir