Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Şəfəq kəndindən olan “Əfsanəvi tabor”un Xüsusi Təyinatlısı, “Qisas” əməliyyatı Şəhidi Yusif Asif oğlu Qurbanovun sabah Əbədiyyətə uğurlanmasının ikinci ili, Anım Günüdür.
Anım Günü ilə bağlı sabah-18 sentyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Şəfəq kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar olunacaq, “Quran” oxunacaq.
Sonra ailəsinin yaşadığı evdə, ata ocağında Anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, Yusif Qurbanov 1998-ci ilin 12 noyabr tarixində Goranboy rayonunun Şəfəq kəndində-sadə bir ailədə dünyaya gəlib.
Yusif Qurbanov ailənin üç övladından, 3 qardaşdan biri idi.
Yusif Qurbanovun özü də, iki qardaşı-Nüsrətlə Qüdrət də peşəkar hərbçi olublar.
O, Xüsusi Təyinatlı, Gizir idi.
Həm özü, həm də qardaşı Nüsrət İkinci Vətən Müharibəsinin iştirakçısı olub.
Yusif İkinci Vətən Müharibəsi zamanı 4 dəfə yaralansa da, sonacan döyüşüb, vuruşub.
İkinci Vətən Müharibəsindən sonra Yusif 4, Nüsrət isə 1 medalla təltif olunub.
Yusif həm də İkinci Vətən Müharibəsindən öncə Müdafiə Nazirliyi tərəfindən medallarla təltif edilib.
O, ötən ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən-“Qisas” əməliyyatı zamanı ağır yaralanıb.
Ancaq həkimlərin səyinə baxmayaraq, Onun həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Nəşi bir gün sonra-18 sentyabr 2022-ci il tarixində izdihamlı şəkildə Şəfəq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən az sonra-Ali Baş Komandanın 5 noyabr 2022-ci il tarixi sərəncamları əsasən Yusif daha bir medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Yusif həm də nişanlı olub.
Tərtərli, qohumu, 18 yaşlı Məlahət xanımla nişanlı idi.
Məkanı cənnətlik, ruhu şad olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





