Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin iki Antiterror Şəhidindən biri olan Elşad Məhəmməd oğlu Süleymanovun doğum günüdür.
Elşad Süleymanovun bu gün-19 yanvar 2025-ci il tarixində 31 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.
Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün Şəhidin Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Qısa çıxışlar edilib.
Cənnətdəki ikinci doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Şəhidin məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Goranboy, Naftalan, Kürdəmir və Ağsulu Şəhid ailələri, Qazilər, din xadimləri, yerli ziyalılar, müəllim və məktəblilər, Goranoy rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Elşad Süleymanov 19 yanvar 1994-cü il tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyaya gəlib.


Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.
Bacıları hazırda ailəli, hər ikisi də üç övlad anasıdır.
Elşad 2000-2011-ci illərdə Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində oxuyub.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra yenidən evinə-ailəsinə dönüb.
2015-ci ilin avqustunda Qızılhacılılı, evin-ailənin tək qızı Şəhla Süleymanova ilə ailə həyatı qurub.
İki övladı dünyaya gəlib.
Məftun adlı oğlu, Mələk adlı qızı var.
2017-ci ildən isə həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsində iştirak edib, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, 2023-cü ilin sentyabrın 19-da isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 10 gündən sonra-29 sentyabr 2023-cü il tarixində Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğurunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, həm də İkinci Vətən Müharibəsi Şəhidi Elman Mehman oğlu Həsənovun sinif yoldaşı olub.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:55
***
FOTOLAR:









14:20
***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





