Goranboylu antiterror Şəhidi Hüseyn Nəsibovla bağlı-CÜDO TURNİRİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin antiterror Şəhidlərindən olan Hüseyn Əfqan oğlu Nəsibovun xatirəsinə həsr olunmuş cüdo yarışı-turniri keçirilib.

Yarış-turnir 9 və 10 dekabr tarixlərində Goranboy Olimpiya İdman Kompleksində baş tutub.

Yüzlərlə azyaşlı cüdoçunun-idmançının qatıldığı cüdo yarışı-turnirində Cüdo Federasiyasının rəsmi şəxsləri, İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov başda olmaqla, Goranboy rayon İcra Hakimiyyətinin təmsilçiləri, Goranboylu, Bərdəli və Şamaxılı Şəhid ailələri, Qazilər, yerli ziyalılar iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, turnirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Turnirin sonunda qaliblərə mükafatlar və diplomlar təqdim olunub.

Onu da qeyd edək ki, turnirdən öncə-bu gün səhər saatlarında Şəhidin ailə üzvləri, o cümlədən Goranboy, Bərdə və Şamaxıdan olan Şəhid ailələri, Qazilər, Goranboy rayon üzrə gənclər və idman sektorunun nümayəndələri tərəfindən Hüseyn Nəsibovun Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyev Radev və Vuçiçlə-GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Sıxlıq və tıxac olan yollar-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir