Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir Şəhid anasına “Şəhid anası” medalı (medalyonu) təqdim edilib.
Etikxeber.az xəbər verir ki, bu gün-16 iyul 2024-cü il tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Antiterror Şəhidi Hüseyn Əfqan oğlu Nəsibovun anası Pərvanə Rəsul qızı Nəsibovaya (Haqverdiyevaya) “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.
Qubalı Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini Şəhid Hüseyn Nəsibovun anasına jurnalist Kamil Həmzəoğlu (Həmidov) təqdim edib.
Şəhid anası Pərvanə Nəsibova da öz növbəsində “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinə və Birliyin rəhbəri Tünzalə Abduləlimovaya minnətdarlığını, təşəkkürlərini ifadə edib.
Qeyd edək ki, ailənin üç övladından biri, subay, Azərbaycan Ordusunun Əsgəri Hüseyn Nəsibov 2023-cü ilin sentyabr ayının 19-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi 20 sentyabr tarixində Qızılhacılı qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir medal və bir ordenlə təltif olunub.
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU
Etikxeber.az