Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-bir az öncə çox üzücü xəbər aldım, çox…
Acı xəbəri də mənə İkinci Vətən Müharibəsi Şəhidi Orxan Namazovun anası Nailə xanım, Nailə Namazova verdi çox kədərli və üzüntülü şəkildə…
…Daha bir Şəhid Anası övlad dərdinə dözməyərək…dünyasını dəyişib…
…Goranboylu, Xoylu kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından biri, evin tək və ali təhsilli oğlu, bir övladı Vətənə əmanət qalan Elgün Fuad oğlu Xıdırovun anası Xumar xanım, Xumar Xıdırova saatlar öncə Haqqın dərgahına qovuşub…
Çox üzgünəm, çox üzüldüm, çox…
Son 5-6 ayda iki dəfə evlərində, Şəhidimizin ocağında olmuşdum…
Söhbətləşmiş, dərdləşmişdim Dərdli, Yaralı Xumar Ana ilə…
Bala, tək oğul dərdi Onu çox üzürdü, çox…

Sözlərlə, kəlmələrlə təsəvvür edilməyəcək dərəcədə…
…Bala, övlad, oğul dərdi beləcə daha bir Ananı bu fani dünyadan vaxtsız apardı…
Daha bir Ana övladına, balasına-Şəhidinə qovuşdu…
Məkanları cənnətlik, ruhları şad olsun!
Ruhları qarşısında baş əyirəm!
Nurlar içində yatsınlar!
Allah Fuad Kişinin, əzizlərinin, doğmlarının səbr və dözümünü versin!
Amin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





