Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fariz Məhəmməd oğlu Qurbanovun doğum günüdür.
Fariz Qurbanovun bu gün-28 iyun 2025-ci il tarixində 27 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Fariz Qurbanov 1998-ci ilin iyun ayının 28-də Qızılhacılı qəsəbəsində sadə bir ailədə-Lətafət və Məhəmməd Qurbanovların ailəsində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Ondan yaşca böyük olan bacısı Əfsanə Qurbanova hazırda bir övlad anasıdır.
Fariz Qurbanov 2004-2015-ci illərdə Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbində orta təhsil alıb.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra hərbi xidmətə yollanıb.
2016-2018-ci illərdə Əsgərlikdə olub.
Əsgərliyini, hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb.
İkinci Vətən Müharibəsinə az qalmış isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyətə başlayıb.
İkinci Qarabağ Savaşının ilk saniyələrindən döyüşlərə atılıb və elə müharibənin ilk günündə, sentyabrın 27-də Ağdərə istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.
Nəşi bir gün sonra-28 sentyabr tarixində Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən bir neçə medalla təltif olunub.
Ancaq ailəsi Farizin ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və həmin günü səbrsizliklə gözləyirlər.
Qızılhacılı qəsəbəsindəki küçələrdən biri Fariz Qurbanovun adını daşıyır.
22 yaşında Şəhidlik məqamına ucalan Fariz Qurbanov həm də subay olub.
12:30
***
Bu gün həm də Oğuzlu İkinci Vətən Müharibəsi Şəhidi Şahin Şamil oğlu Cəfərlinin doğum günüdür.
28 iyun 1994-cü il təvəllüdlü Şahin Cəfərlinin bu gün 31 yaşı tamam olur.
Şahin də ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
2000-2011-ci illərdə orta məktəbdə oxuyub.
2012-2014-cü illərdə Vətənə xidmət borcunu yerinə yetirib.
Həmçinin, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
2020-ci ilin sentyabrın 21-də hərbi səfərbərliyə cəlb olunub.
İkinci Vətən Müharibəsi zamanı isə döyüşlərin ilk günlərində, oktyabrın 1-də Kəlbəcər-Murov istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra-2 oktyabr 2020-ci il tarixində Xalxalqışlaq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şahin həm də ailəli, bir övlad atası olub.
Üzünü görmədiyi Yasmin adlı qızı Vətənə əmanət qalıb.
Şəhidin anası Gülər Cəfərovanın dediklərindən:
“Nə oğlum övladının-nəvəmin üzünü gördü, nə də nəvəm atasının-övladımın üzünü gördü…Nəvəm övladımın Şəhidliyindən sonra, 2020-ci ilin dekabr ayında dünyaya gəldi… Hazırda 5 yaşının içindədir…Ata balaya, bala ataya həsrət qaldı (Gözləri dolur)…Həm mənim üçün, həm nəvəm üçün, həm də ailəlikcə hamımız üçün çox çətindir, çox ağırdır…Şahin həm də mənim tək oğlum idi…Nə o məndən doya bildi, nə də mən balamdan doya bildim…26 yaşında Vətən yolunda Şəhid oldu, bizləri gözləri yaşlı qoyub getdi…”
Qeyd edək ki, Şahin də Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
15:30
***

Hər iki Şəhidin Cənnətdəki beşinci doğum günləri ilə bağlı bu gün səhər saatlarında-Qızılhacılı qəsəbə və Xalqxalqışlaq kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.
Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhlarlına dualar olunub, hər ikisinə də “Quran” oxunub.
Hər iki Şəhidin ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Cənnətdəki beşinci doğum günləri təbrik olunub.
Onu da qeyd edək ki, bu gün həmçinin, Oğuzun Qumlaq kəndində Şahin Cəfərlinin adının daşıyan “Şəhid bulağı”nın açılışı olub.
İzdihamlı açılışa yüzlərlə insan qatılıb.
Şəhidlərin xatirəsi bir dəqəqəlik sükutla yad olunub, Dövlər himni səsləndirilib.
Çıxışlar edilib.
Oğuzlu və Bərdəli Şəhid valideynləri, yerli ziyalılar və digər şəxslər çıxış ediblər.
Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.
Daha sonra Şəhid ailələri tərəfindən “Şəhid bulağı”nın üzərindən ağ örpək götürülüb və bulağın açılışı rəsmiləşdirilib.
Sonda Cənnətdəki beşinci doğum günləri ilə bağlı Qızılhacılı qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında Fariz Qurbanovun adını çay-ehsan süfrəsi açılıb, Xalqxalqışlaq kəndində isə ailəsinin yaşadığı evdə Şahin Cəfərlinin adına ehsan süfrəsi təşkil olunub.
Hər iki Şəhidin ruhlarına bir daha dualar edilib.
Hər iki Şəhidin məzarını ziyarətdə və adlarına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, din xadimləri, məktəblilər, Goranboylu, Oğuzlu, Bərdəli, Mingəçevirli Şəhid ailələri, Qazilər, yerli İcra hakimiyyətlərinin, yerli hüquq-mühafizə orqanların məsul şəxsləri və digərləri iştirak ediblər.
Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!
Nurlar içində uyusunlar!
16:00
***
FOTOLAR:




















16:50
***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az