Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi, 4 medallı-ŞAMƏDDİN ƏLİYEVİN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 34 YAŞI TAMAM OLUR…

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin-Balakürd kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Azərbaycan Ordusunun hərçisi, MAXE Şaməddin Qafqaz oğlu Əliyevin doğum günüdür.

Şaməddin Əliyevin bu gün 34 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Şaməddin Əliyev 1990-cı ilin yanvar ayının 8-də Goranboy rayonunun Balakürd kəndində (Qızılhacılı qəsəbəsində) dünyaya gəlib.

Ailənin dörd övladından, üç qardaşdan biri olub.

Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsinin ilk günlərində qəhrəmancasına Şəhid olub, 2020-ci ilin 30 sentyabr tarixində Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sıxlıq və tıxac olan yollar-BAKIDA

Read Next

Aygün Bəylər-DƏFN EDİLDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir