Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Fəxralı (Faxralı) kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kərim Həsrət oğlu Yusifovun doğum günüdür.
Kərim Yusifovun bu gün 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Bu gün səhər saatlarında Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı Faxralı (Fəxralı) kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar olunacaq.
Məzarını ziyarətdən isə sonra ailəsinin yaşadığı evdə-ata ocağında Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan süfrəsi açılacaq.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasimdə-ehsan süfrəsində ailə üzvləri, Goranboy və Naftalandan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.
Etikxeber.az xəbər verir ki, Kərim Yusifov 1995-ci ilin 1 avqust tarixində Goranboy rayonunun Fəxralı (Faxralı) kəndində-sadə bir ailədə dünyaya gəlib.
Ailədə üç övlad, üç qardaş olublar.
Ailəli qardaşı Məhəmməd də hərbçidir, Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissələrdən birində fəaliyyət göstərir.
2001-2012-ci illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb.
Hərbi xidmətini başa vurduqdan isə sonra taleyni yenidən Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı döyüşlərə atılıb və müharibənin elə ilk günündə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Fəxralı (Faxralı) kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
O, həm də Fəxralının dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Eyni zamanda, ailəsi-valideynləri Kərim Yusifovun ölkənin ali ordenlərindən biri ilə də təltif olunmasını istəyirlər.
25 yaşında Şəhidlik məqamına ucalan Kərim subay olub.
Yaşadığı kənddə adını daşıyan küçə var.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





