Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi, bir övlad atası, həyat yoldaşının doğum günündə Əbədiyyətə uğurlanan-TURAL QASIMOVUN BU GÜN 35 YAŞI TAMAM OLUR…

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Tural Yelmar oğlu Qasımovun goğum günüdür.

Bu gün-23 may 2026-cı il tarixində Tural Qasımovun 35 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.  

Etikxeber.az xəbər verir ki, Tural Qasımov 1991-ci ilin may ayının 21-də Goranboy rayonunun Düzqışlaq kəndində dünyaya gəlib. 

Tural Qasımov ailənin dörd övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub.

O, İkinci Vətən Müharibəsində könüllü olaraq iştirak edib.

Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib və oktyabr ayında qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabr ayının 11-dəhəyat yoldaşının doğum günündə Düzqışlaq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Düzqışlaq kəndinin üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Tural həm də ailəli olub.

Esmira adlı xanımla ailə həyatı qurub.

Əli adlı bir övladı Vətənə əmanət qalıb.

Düşqışlaqda adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Pərviz Məmmədovun atası-DÜNYASINI DƏYİŞDİ

Read Next

“Elyəddin hərbçi olmaq istəyirdi…Mən isə daim onun bu istəyinə qarşı çıxırdım…”-Bu gün Cənnətdəki altıncı doğum günü, 31 yaşı tamam olan-NAFTALANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELYƏDDİN CƏFƏROVUN MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir