Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi, Gizir-VÜSAL NAĞIYEVİN SABAH ANIM GÜNÜDÜR…

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Əmirastan oğlu Nağıyevin Anım Günüdür.

Vüsal Nağıyevin sabah-31 oktyabr 2024-cü il tarixində Əbədiyyətə uğurlandığı, torpağa tapşırıldığı gündür.

Anım Günü ilə bağlı sabah-31 oktyabr 2024-cü il tarixində, səhər saatlarında Qızılhacılı qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar olunacaq, “Quran” oxunacaq, adına ehsan süfrəsi açılacaq.

Məzarını ziyarətdə və ehsan süfrəsində Şəhidin ailə üzvləri, Goranboylu və Naftalanlı Şəhid ailələri, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digər şəxslər iştirak edəcəklər.

Etikxeber.az-ın xəbərinə görə, Vüsal Əmirastan oğlu Nağıyev 1990-cı ilin yanvar ayının 10-da Goranboy rayonunun Baş Qışlaq (sonra Buzluqda yaşayıblar) kəndində dünyaya gəlib.

Ailənin 4 övladından, 3 qardaşdan biri idi.

Atası Əmirastan Nağıyev Birinci Qarabağ Savaşının döyüşçülərindən olub.

İllər öncə qardaşı Arzuman Nağıyev gənc yaşlarında-faciləli şəkildə dünyasını dəyişib.

Vüsal Nağıyev Azərbaycan Ordusunun peşəkar hərbçilərindən olub, Gizir rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin ilk günündən, 27 sentyabr tarixindən müharibənin başa çatmasına cəmi 11 gün qalmışa, oktyabrın 30-na kimi, yəni, 33 gün ərzində döyüşlərdə olub.

Kəlbəcər-Murov, Suqovuşan-Ağdərə istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib.

Və oktyabrın 30-da qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Kəndləri-Buzluq cəbhə xəttinə yaxın olduğu üçün nəşi bir gün sonra-31 oktyabr tarixində Goranboyun Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Qardaşı-hərbçi Tural Nağıyev də İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

İki övladı Vətənə əmanət qalıb.

Şəhidliyindən sonra 4 medalla təltif olunub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şabranın İkinci Vətən Müharibəsi Şəhidləri-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ELVİN İSGƏNDƏROV, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, ALİ TƏHSİLLİ ÜRFAN ORUCOV VƏ MAXE, SUBAY, 29 YAŞINDA ŞƏHADƏTƏ UCALAN ŞÜKÜR İLYASOV…HƏR ÜÇ ŞƏHİDİN AİLƏSİ VƏ OCAĞI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Şəhid Səməndər İsmayılzadənin Anım Günündə-MƏZARI ZİYARƏT OLUNDU, HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir