Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək oğlu, tək bacının tək qardaşı, üç övlad atası, hərbi həkim, üç medallı Nofəl Xaliq oğlu Nuriyevin Cənnətdəki beşinci doğum günündə, 37 yaşının tamamında-9 yanvar 2025-ci il tarixində Əbədiyyətə uğurlandığı Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Etikxeber.az xəbər verir ki, ziyarət iştirakçıları tərəfindən 9 yanvar 1988-ci il təvəllüdlü Şəhidin Cənnətdəki beşinci doğum günü təbrik edilib.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məktəblilər tərəfindən Vətən, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Eyni zamanda, ailə üzvləri-övladları tərəfindın adına hazırlanmış tort kəsilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə ailə üzvləri, Goranboylu Şəhid ailələri, məktəblilər və digər şəxslər iştirak ediblər.
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az