Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Sənan Əliyevin Anım Günüdür-BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL ÖTÜR…

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sənan Ceyhun oğlu Əliyevin Anım Günüdür.

Sənan Əliyevin Əbədiyyətə uğurlanmasından bu gün dörd il ötür.

Etikxeber.az xəbər verir ki, Sənan Əliyev 1999-cu ilin avqust ayının 19-da Goranboy rayonunun Dəliməmmədli şəhərində (qəsəbəsində) dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri olub.

2005-2016-cı illərdə orta məktəbdə oxuyub.

2017-2019-cu illərdə Əsgərlikdə, həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun Giziri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

Oktyabr ayının 14-də Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Ancaq nəşi xeyli sonra tapılıb və 2020-ci ilin noyabr ayının 23-də Dəliməmmədli şəhər qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

21 yaşında Şəhadətə qovuşan Sənan həm də subay olub.

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç övladından, iki qardaşdan biri-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ AĞACAN CƏBRAYILOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL ÖTÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Azərbaycan Bayrağı” ordenli, Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Orxan Namazovun Cənnətdəki dördüncü doğum günüdür-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir