Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
6 noyabr 2024-cü il tarixində daha bir Şəhid ailəsində, Şəhid ocağında şad, gözəl gün yaşanıb.
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şaməddin Qafqaz oğlu Əliyevin qardaşı Şamil Əliyevin toy mərasimi olub.
Toy mərasimi Goranboy rayonunda yerləşən “Şahin” şadlıq sarayında-günorta saatlarında baş tutub.
Toyda bəylə gəlinin ailə üzvləri, yaxınları, doğmaları, Goranboylu, Naftalanlı, Bərdəli Şəhid ailələri və digər şəxslər iştirak ediblər.
Öncə bəylə gəlin musiqi və alqış sədaları altında zala daxil olublar.
Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirlib.
Ardınca çıxışlar başlayıb.
Bəlyə gəlinə xoşbəxtlik, bəxtəvərlik arzulanıb, onların valideynlərinə, xüsusilə, Şəhid Şaməddin Əliyevin valideynlərinə gözaydınlığı verilib.
Daha sonra bir-birini əvəzləyən şən və ürəkoxşayan mahnılar, musiqilər, o cümlədən rəqslər məclisə xüsusi ab-hava, rəng qatıb.
Ən çox sevinən isə heç şübhəsiz ki, qardaşının gözəl gününə sevinən Şəhid Şaməddinin ruhu olub.
Ruhu toy məclisi keçirilən şadlıq sarayında dolaşan Şaməddin qardaşına və onun Yarına xoşbəxtlik, səadət arzulayıb.
Ruhu daim yeni cütlüyün, qardaşı ilə onun Yarının köməyi olsun!
Amin!
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az