Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Xaliq oğlu Nuriyevin Anım Günüdür.
Nofəl Nuriyevin bu gün Əbədiyyətə uğurlanmasından dörd il ötür.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Sonra ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, doğmaları, Goranboy və Naftalanlı Şəhid ailələri, məktəblillər, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Nofəl Nuriyev 1988-ci ilin yanvar ayının 9-da Qızılhacılıda sadə bir ailədə dünyaya gəlib.
Nofəlgil ailədə iki uşaq-bir bacı, bir qardaş olublar.
Nofəl orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində yerləşən Tibb Kollecində təhsil alıb.
2011-ci ildə ailə həyatı quran Nofəl 3 övlad, iki qız, bir oğul atası idi.
Evin tək oğlu olan Nofəlin Güllü, Ayşə və Ali adlı övladları var.
Hər iki qızı orta məktəbdə oxuyurlar.
2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Nofəl Nuriyev İkinci Vətən Müharibəsi zamanı-2020-ci ilin sentyabrın 29-da Şəhid olsa da, bir müddət onun nəşini neytral ərazidən götürmək mümkün olmayıb.
Yalnız 11 gündən sonra, oktyabrın 10-da nəşini “neytral”dan götürmək mümkün olub və elə həmin gün Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının ölkənin ən ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edirlər.
Bu yerdə qeyd edək ki, Nofəl Nuriyevin xalası oğlu İlkin Vəliyev də İkinci Vətən Müharibəsi Şəhididir.
İlkin Nofəlin Əbədiyyətə uğurlanmasından 16 gün sonra Şəhid olub və 2020-ci ilin oktyabr ayının 26-da torpağa tapşırılıb.
Məqamları Uca, məkanları cənnətlik olsun!
Nur içində yatsınlar!
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





