Goranboylu itkin Şəhid qardaşı və Şəhid əmisi Rusiyada avtoqəza nəticəsində-HƏYATINI İTİRDİ… – FOTOLAR

Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan itkin Şəhid Cabbar Ələkbərovun qardaşı və tək oğul, İkinci Vətən Müharibəsi Şəhidi Kənan Ələkbərlinin əmisi Rizvan Ələkbərov keçirdiyi avtoqəza nəticəsində həyatını itirib.

Bu barədə Etikxeber.az-a Şəhid Kənan Ələkbərlinin ailəsindən məlumat verilib.

Qeyd edilib ki, uzun illərdir qonşu Rusiya Federasiyasında yaşayan itkin Şəhid qardaşı və Şəhid əmisi Rizvan Ələkbərov dünən axşam saatlarına yaxın avtoqəza nəticəsində dünyasını dəyişib.

59 yaşlısubay olan Rizvan Ələkbərovun nəşinin yaxın günlərdə Vətənə, doğulub boya-başa çatdığı Qızılhacılı qəsəbəsinə gətiriləcəyi və Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, ümumiyyətlə, son üç gün ərzində üç Şəhid qardaşı dünyasını dəyişib.

Bundan öncə Bərdəli Şəhid Bəhrəm Nizam oğlu İlyasovun qardaşı Kənan İlyasov Mingəçevirli Şəhid Qəhrəman Nəsirovun hərbçi qardaşı Rəsul Nəsirov vaxtsız şəkildə vəfat ediblər.

Allah rəhmət etsin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Yüzlərlə insanın iştirakı ilə Mingəçevirli Şəhid qardaşının-VİDA VƏ DƏFN MƏRASİMİ KEÇİRİLDİ… – FOTO-VİDEO – YENİLƏNİB

Read Next

Oğuzlu Antiterror Şəhidi Röyal Beydiyevin bacısının-TOYU OLDU – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir