Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Həsrətovun doğum günüdür.
Bu gün-21 may 2026-cı il tarixində Elməddin Həsrətovun 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Elməddin Həsrətov 1997-ci ilin may ayının 21-də Qarasuçu kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailədə üç övlad, iki qardaş, bir bacı olublar.
Atalarını illər öncə-2013-cü ildə itiriblər.
Anaları Simuzər xanım o vaxtdan onlara həm analıq, həm də atalıq edib.
Tək bacıları hazırda ailəlidir.
Elməddin orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə yollanıb.
Əsgərlikdən qayıtdıqdan bir müddət sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
Atasının vəfatından sonra ailənin yeganə qazanc gətirəni Elməddin olub.
O, İkinci Vətən Müharibəsində MAXE kimi iştirak edib.
Müharibənin ilk günlərində (məlumatlara görə oktyabrın 2-də) isə Murovdağ istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi təxminən 9 aydan sonra əldə edilib və 2021-ci ilin 27 iyun tarixində dəfn edilib.
Şəhidliyindən sonra medallarla təltif olunub.
O, həm də subay olub.
***
Bu gün həm də Bakı şəhərinin Yasamal rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin dörd övladından və əkiz qardaşlardan biri, Gizir, dörd medallı, 167 saylı orta məktəbin məzunu Taleh Valeh oğlu Yusifovun Cənnətdəki altıncı doğum günüdür.
Bu gün Onun 34 yaşı tamam olur.
21 may 1992-ci il təvəllüdlü olan və İkinci Vətən Müharibəsi zamanı-oktyabr ayının birinci ongünlüyündə Füzuli istiqamətində Şəhidlik məqamına ucalan Talehin nəşi ancaq iki aydan sonra əldə edilib.
O, 10 dekabr 2020-ci il tarixində Hərbi Memorial Məzarlıqda Ədəbiyyətə uğurlanıb.
Taleh də Elməddin kimi subay olub.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az




