Goranboylu Şəhid Arif Süleymanovun qardaşı Nicat Süleymanovun-BAKI ŞƏHƏRİNDƏ, “TƏBRİK” ŞADLIQ SARAYINDA TOY MƏCLİSİ BAŞ TUTDU… – FOTOLAR – YENİLƏNİB

Daha bir Şəhid ailəsində özəl-şad gün, toy-büsat yaşanıb.

Daha bir Şəhid ailəsinin övladı, daha bir Şəhid qardaşı ailə həyatı qurub.

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Arif Süleymanovun tək qardaşı Nicat Ramiz oğlu Süleymanovun toy mərasimi baş tutub.

Toy mərasimi 18 aprel 2025-ci il tarixində paytaxt Bakı şəhərində yerləşən “Təbrik” şadlıq sarayında düzənlənib.

Saat 18:00-da başlayan toy məclisinə-toy zalına öncə “Vağzalı” və alqış sədaları altında Bəylə gəlin-Nicat bəyAysel xanım daxil olublar.

Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Ardınca bəyin qardaşı-Şəhid Arif Süleymanova həsr olunmuş manhı səsləndirilib və bu zaman kövrək, təsirli anlar yaşanıb.

Məclis iştirakçıları, Şəhidin yaxınları göz yaşlarını saxlaya bilməyiblər.

Daha sonra çıxışlar, təbriklər başlayıb.

Çıxışlarda Bəylə gəlinin, xüsusilə, Şəhid Arif Süleymanovun valideynlərinə-Bəsti xanıma və Ramiz kişiyə gözaydınlığı verilib, yeni cütlüyə xoşbəxtlik və bəxtəvərlik, bir ömür boyu səadət arzulanıb.

Çıxışlardan sonra bir-birini əvəzləyən mahnılar, musiqilər səsləndirilib, rəqslər ifa edilib.

Və heç şübhəsiz ki, ən çox sevinən və şadlanan isə Şəhidin ruhu olub.

Ruhu hər daim qardaşı ilə yarına, yeni cütlüyə kömək olsun!

Amin!

23:35

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

20 dərəcə isti olacaq-SABAH

Read Next

Şəhid Adəm Əliyevin tək qardaşı ata oldu-YENİ DÜNYAYA GƏLƏN KÖRPƏYƏ ADEN ADI VERİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir