Goranboylu Şəhid bacısı ilə hərbçi-AİLƏ HƏYATI QURDU, GÖZƏL BİR TOY MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Bu gün, 24 sentyabr 2023-cü il tarixində-günorta saatlarında Goranboy rayonunda yerləşən “Şahin Palace”də gözəl bir toy məclisi olub.

Goranboy rayonunun Veyisli kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri-Arif Ramiz oğlu Süleymanovun tək bacısı Sahab xanımla-Sahab Ramiz qızı Süleymanova ilə həmin kənddən olan hərbçi (həm də Qazi) Paşa Sakit oğlu Həsənovun toy məclisi baş tutub.

Məclisdə öncə Arif Süleymanov da daxil olmaqla, cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir neçə saat davam edən toy məclisində milli-hərbi vətənpərvərlik ruhunda olan mahnılar, musiqilər, eləcə də xalq və bəstəkar mahnıları səsləndirilib, ifa edilib.

Məclisdə Şəhid Arif Süleymanovun-Sahab Süleymanovanın ailə üzvləri, yaxınları, eləcə də oğlanın-Paşa Həsənovun valideynləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər və digər şəxslər iştirak ediblər.

Məclis iştirakçıları ailə həyatı quran gənc cütlüyə xoşbəxtlik, bəxtəvərlik arzulayıb, həm də səbəbkarların valideynlərinə gözaydınlığı veriblər.

Sahab Süleymanovanın-Şəhid bacısının valideynləri, eləcə də bəyin valideynləri öz növbələrində övladlarına ailə səadəti diləyib, onların sevincinə şərik olan hər bir kəsə, məclis iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.

Və toy məclisində təbii ki, ən çox sevinən, ən çox şadlanan Şəhid ruhu-Arif Süleymanovun ruhu olub.

Ruhu ailə həyatı quran tək bacısına və onun Yarına daim kömək olsun!

Allah xoşbəxt etsin gənc cütlüyü!

Bir ömür boyu xoşbəxt və bəxtəvər olsunlar!

Amin!

15:15

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qənir Paşayeva-KOMAYA DÜŞDÜ – YENİLƏNİB – (2)

Read Next

“Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etdi”-İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir