Goranboyun İkinci Vətən Müharibəsi Şəhidi Kərim Yusifov: CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜNDƏ, 27 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün, 1 avqust tarixində Goranboy rayonunun Fəxralı (Faxralı) kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kərim Həsrət oğlu Yusifovun 27 yaşının tamam olması, Cənnətdəki ikinci doğum günü ilə bağlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edib.

Etikxeber.az-ın xəbərinə görə, 1995-ci ilin 1 avqust tarixində sadə bir ailədə dünyaya gələn, hərbi xidmətini başa vurduqdan sonra taleyni yenidən Ordu, hərb ilə bağlayan MAXE Kərim Yusifovun məzarını ziyarətdən sonra ailəsin yaşadığı evdə Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim başlayıb.

Şəhidin adına ehsan süfrəsi açılıb.

Öncə Qazilərin iştirakı ilə məclisə Azərbaycanın Dövlət bayrağı gətirilib

Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, Kərim Yusifov və cəmi Şəhidlərin ruhuna bir daha dualar oxunub, çıxışlar edilib.

Çıxışlarda Şəhidin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs olunub, onun Qəhrəmanlığı və İgidliyindən danışılıb.

Bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Şəhidin valideynləri-anası Əminə xanım və atası Həsrət kişi isə hər ziyarət və məclis iştirakçılarına öz təşəkkürlərini ifadə edib, onları belə bir gündə tək buraxmadıqları üçün hər kəsə minnətdarlıqlarını dilə gətiriblər.

Eyni zamanda, Şəhidin anası Əminə Rizvan qızı Yusifovaya Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Şəhidin anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və Tünzalı xanıma minnətdarlığını ifadə edib.

Qeyd edək ki, İkinci Vətən Müharibəsinin ilk günündə, 25 yaşında Şəhidlik məqamına ucalan Kərim Yusifov Şəhidliyindən sonra 3 medalla təltif olunub.

O, həm də subay olub.

Onu da qeyd edək ki, Kərimgil ailədə 3 uşaq, 3 qardaş olublar.

Qardaşlarından Məhəmməd də hərbçidir.

Eyni zamanda, qeyd edək ki, Kərim Yusifovun məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı məclisdə Şəhidin ailə üzvləri, yaxınları, Fəxralı kəndindən, Goranboyun digər kəndlərindən, Ağdaşdan, Ağdamdan, Bərdədən, Naftalandan və başqa bölgələrdən olan Şəhid ailələri, Qazilər, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Məkanı Cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

FOTOLAR:

11:22

***

12:20

***

12:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ana dilim, Doğma dilim, Ruhum mənim!-JALƏ ƏLİYEVA YAZDI

Read Next

Daha 102 yeni yoluxma-ÖLÜM FAKTI QEYDƏ ALINMAYIB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir