“Mən tək Hidinin anası deyiləm…”-Cənnətdəki ikinci ad günü, 28 yaşı tamam olan – ŞƏHİD HİDİ VƏLİYEVİN ANASI – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin 4 övladından biri, subay, MAXE Hidi Bəxtiyar oğlu Vəliyevin doğum günüdür.

Hidi Vəliyevin bu gün 28 yaşı tamam olur və bu, onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Hidi Vəliyev 1994-cü ilin 2 mart tarixində Tap Qaraqoyunlu kəndində sadə bir ailədə-Vəliyevlər ailəsində anadan olub.

O, İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabrın 27-də Şəhid olub.

Həmin vaxt Tap Qaraqoyunlu kəndi atəş altında olduğu üçün nəşi Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Hidi həm də subay olub.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün öncə Şəhidin məzarı ziyarət olunacaq.

Ziyarətdə məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdə Şəhidin ailə üzvləri, Goranboy və Naftalandan olan Şəhid ailələri, Qaziləri, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edəcəklər.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar oxunacaq.

Məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

00:29

***

Cənnətdəki ikinci ad günü ilə bağlı Şəhidin məzarının ziyarəti bir saat çəkib.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevir, Bərdə, Goranboy, Naftalan və Ağcabədidən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Goranboy İcra Hakimiyyətinin məsul işçiləri, din xadimləri, məktəblilər və başqa şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarətdən sonra Şəhid ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, dualar edilib.

Sonra dini mahnılar, İlahilər səsləndirilib, çıxışlar olunub.

Şəhidin anası təkcə Hidi Vəliyevin deyil, cəmi 3 min Şəhidin anası olduğunu bildirib.

“Mən tək Hidinin anası deyiləm…Hər biri Şəhidimin, 3 min Şəhidimin anasıyam”-deyə, qeyd edib.

12:05

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…ŞƏHİD AİLƏLƏRİ, ŞƏHİD ANALARI…QAZİLƏR, VƏTƏN SEVDALILARI…

12:15

***

VƏ CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…

12:43

***

ÇIXIŞLAR…ŞƏHİD ANASI…VƏTƏN SEVDAILARI…

12:55

***

ANA, ANALAR, ATALAR, QARDAŞLAR, BACILAR, ÖVLADLAR…YANAR AĞLAR…

13:11

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

BMT Rusiyanın Ukraynaya hücumunu-PİSLƏDİ, 141 ÖLKƏ LEHİNƏ, 5 ÖLKƏ ƏLEYHİNƏ SƏS VERDİ

Read Next

MN-nin Maliyyə və Büdcə İdarəsinin rəisi, daha bir general-HƏBS OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir