Goranboyun ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən biri-26 YAŞINDA VƏTƏN YOLUNDA CANINI FƏDA EDƏN HİDİ VƏLİYEV… – FOTOLAR

Bir az öncə (27 sentyabr tarixində) Qəhrəman Goranboy rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Hidi Bəxtiyar oğlu Vəliyevin ailəsinə baş çəkdik…

Goranboylu Qazilər-Fuad Həsənov və Amid Ələkbərovla birlikdə Şəhidimizin ailəsini, ocağını, valideynlərini ziyarıt etdik…

Qeyd edim ki, ailənin 4 övladından biri olan MAXE Hidi Vəliyev İkinci Vətən Müharibəsinin elə ilk günündə, 27 sentyabr tarixində qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…

Nəşi həmin vaxt kəndləri mütəmadi olaraq, düşmənin hücumlarına məruz qaldığı üçün Goranboyun Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığında, Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

26 yaşında Şəhidlik məqamına ucalan Hidi Vəliyev həm də subay olub…

Şəhidliyindən sonra isə 3 medalla təltif olunub…

Qazilərlə birlikdə Şəhidimizin ailəsinə bir daha Allahdan səbr və dözüm arzuladıq, bir daha “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Şəhidimizin ailəsi – valideynləri-anası Sənubər xanım və atası Bəxtiyar kişi, bacısı Nərgiz Vəliyeva ilə söhbətləşdik, dərdləşdik…

Bir daha Hidinin, Şəhidimizin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yoluna nəzər saldıq…

Təsirləndik, Duyğulandıq, Fəxr etdik, Qürurlandıq…

Bəli, Fəxr edir, Qürur duyuruq ki, Qəhrəman Goranboyun, Azərbaycanımızın belə bir İgidi, Vətən sevdalısı olub…

Vətənini hər şeydən, ailəsindən, anasından belə üstün tutub…

Və canından çox sevdiyi Vətəni yolunda canını fəda edib…

Əsl Qəhrəman, əsl İgid, əsl Vətən fədaisi!

***

Sabah, cəmi saatlar sonra Hidinin Şəhidliyinin ikinci ildönümüdür…

Səhər saatlarında məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək…

Məzarı üzərində məktəblilər tərəfindən Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndiriləcək…

Sonra ailəsinin yaşadığı evdə Anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar olunacaq…

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Deyirəm: Atan kimdir? Deyir: QƏHRƏMAN!… Sözün bitdiyi yer…-JALƏ ƏLİYEVA YAZIR – FOTOLAR

Read Next

İlham Əliyev və Mehriban Əliyeva Şuşada yeni inşa olunan bir sıra obyektlərdə işlərin gedişi ilə-TANIŞ OLDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir