Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ağır yol qəzası baş verib.
Etikxeber.az xəbər verir ki, “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.
Xəsarət alanlar 1981-ci il təvəllüdlü Ulduz Əmrahova, 1987-ci il təvəllüdlü Xalidə Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə nəticəsində iki nəfər – Cəmilə Əsgərxan qızı Məmmədova və Sahib Əsgərxan oğlu Abdullayev ölüb.
Qeyd edək ki, ölənlər qardaş-bacı olublar.
Yaralılardan biri ölənlərin ailəsinin gəlinidir.
Qəzanı törədən şəxs Qızılhacılı qəsəbə sakini “rəngsaz Tariyel” kimi tanınan şəxsin oğlu olub.
O, bir neçə gün sonra hərbi xidmətə yollanmalı imiş.
Etikxeber.az