Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva Asiya Parlament Assambleyasında (APA) Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri olacaq.
Etikxeber.az-ın xəbərinə görə, xanım Paşayevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq, adıçəkilən təşkilatda təmsil olunacaq.
Məlumatı dəqiqləşdirmək üçün Q. Paşayevanın özü ilə əlaqə saxladıq.
Məlumatə təsdiqləyən Q. Paşayeva belə bir etimada görə MM rəhbərliyinə minnətdarlığını ifadə edib.
Qeyd edib ki, nümayəndə heyəti olaraq, Azərbaycanı, MM-i sözügedən qurumda uğurla və layiqicə təmsil etməyə, onlara göstərilən növbəti etimadı doğrultmağa çalışacaqlar.
Eyni zamanda, belə bir mötəbər təşkilatın tribunasından istifadə edərək, Azərbaycan, Qarabağ həqiqətlərini asiyalı həmkarlarına və onların timsalında dünya ictimaiyyətinə çatdırmağa səy göstərəcəklər.
Qeyd edək ki, nümayəndə heyətində Q. Paşayeva ilə yanaşı millət vəkillərindən Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədov təmsil olunacaqlar.
Etikxeber.az olaraq, Q. Paşayevaya və nümayəndə heyətinə uğurlar arzulayırıq.



16:30
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





