Gövhər Baxşəliyeva və Cəmil Əliyevə növbəti etimad-HƏR İKİSİ AMEA-NIN RƏYASƏT HEYƏTİNİN ÜZVÜ SEÇİLDİ…

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, qərarlar qəbul edilib.

İclasda AMEA Rəyasət Heyətinin qərarı ilə tibb sahəsi üzrə görkəmli alim-onkoloq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev  və AMEA  Şərqşünaslıq İnstitutuun direktoru, görkəmli şərqşünas alim, akademik  Gövhər Baxşəliyeva AMEA Rəyasət Heyətinin üzvü vəzifəsini icra edən təyin ediliblər.  

Qeyd edək ki, hər iki şəxs-istər C. Əliyev, istərsə də G. Baxşəliyeva hər zaman müstəqil mövqeləri ilə seçilib və tanınıblar.

Hər ikisi də Azərbaycan cəmiyyətində, ictimai-siyasi elitada və ziyalı elitasında tanınan, hörmət edilən nüfuzlu, sayılıb-seçilən ziyalılardan, elm adamlarındandır.

C. Əliyevin hakim ailə ilə qohumluq əlaqələri var, dövlət başçısının xalası oğludur.

G. Baxşəliyeva isə mərhum dövlət başçısı Heydər Əliyevin ən sadiq və etibarlı kadrlarından olmuş, uzun illər Azərbaycanın (sovetlər dövründə) Maliyyə naziri işləmiş, böyük nüfuz sahibinə çevrilmiş mərhum Baxşəli Baxşəliyevin qızıdır.

G. Baxşəliyeva məhz Heydər Əliyevin tövsiyəsi və razılığı ilə 2001-ci ildə Milli Məclisin (MM) sədr müavini seçilib.

Eyni zamanda, 2, 3, 4 və və 5-ci çağırışlarda doğulub boya-başa çatdığı Bərdə rayonunu MM-də təmsil edib.

Sonuncu-6-cı çağırış seçkilərdə iştirak etməyib, yenə də elmi fəaliyyətə üstünlük verib.

Həmçinin, 24 ilə yaxındır (mərhum Ziya Bünyadovdan sonra) AMEA-nın Şərqşünasliq İnstitutunun direktoru, 2017-ci ildən isə AMEA-nın həqiqi üzvüdür.

Qeyd etdiyimiz hər zaman da müstəqil, əsl ziyalı mövqeyi ilə seçilib, fərqlənib, tanınıb.

Etikxeber.az

Read Previous

Ramiz Mehdiyev yenidən-DANIŞDI…

Read Next

“Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması zərurətdir”-YAP SOSİAL ŞƏBƏKƏLƏRLƏ BAĞLI MÖVQEYİNİ AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir