Göyçayda Uşaq Xəstəxanasının şöbə müdiri intihar etdi

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Etikxeber.az-ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə hadisə bu gün səhər saat 5:00 radələrində Göyçay şəhərində qeydə alınıb.

Şəhərin Sabir küçəsindəki 42 saylı mənzildə yaşayan 1950-ci il təvəllüdlü Fazilov Rafael Mirsadiq oğlu özünü asıb.

Uzun illərdir ki, Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri, 42 ildir, həkim işləyən Rafael Fazilovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 60 dəfə pozdu

Read Next

Baş redaktor həbs olundu – DTX əməliyyat keçirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir