Göygöl Milli Parkının direktoruna töhmət verildi-2 əməkdaş işdən çıxarıldı

Göygöl Milli Parkının Maralgöl ərazisində bu il yanvarn 3-də müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən təhlil edilib və  7 nəfərdən ibarət qrup üzvlərinin şəxsiyyəti dəqiqləşdirilib.

ETSN-nin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq, İnzibati Xətalar Məcəlləsinə əsasən, onların hər biri 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində cərimələnib. Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla  atlar vasitəsi ilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.

Etikxeber.az

Read Previous

Azad Rəhimov da etiraz etdi…

Read Next

Sabah ölkə ərazisində duman olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir