Zahid Orucun müavini-YAP-IN NAMİZƏDİ QEYDƏ ALINDI – YENİLƏNİB

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən politoloq, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədr müavini Elşad Mirbəşir imzatoplama kampaniyasını başa vurub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə E. Mirbəşirin özü bildirib.

Qeyd edib ki, artıq  imza vərəqələrini 101 saylı Dairə Seçki Komissiyasına (DSK) təhvil verib.

Onu da qeyd edək ki, həmin dairəni 2018-ci ilin aprelinəcən sabiq deputat, “Dövlətqaçqınkom”un sədri Rövşən Rzayev parlamentdə təmsil edib.

***

12:30

Son məlumata görə, artıq E. Mirbəşirin namizədliyi 101 saylı DSK tərəfindən qeydə alınıb.

O, artıq deputatlığa namizəd kimi növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Xatırladaq ki, E. Mirbəşir tanınmış politoloq, siyasi elmlər doktoru, beynəlxalq konfransların iştirakçısıdır.

Etikxeber.az         

Read Previous

Çingiz Qənizadənin də namizədliyinə-“HƏ” DEYİLDİ

Read Next

285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb-MSK AÇIQLADI -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir