Gözəl, füsunkar Alpanın bir “eyibi”-illərdir davam edən su problemi: ŞƏHİD ATASI PROBLEMİ HƏLL ETMƏK İSTƏYİR, AMMA BİR ŞƏRTLƏ… VƏ YAXUD QUBA VƏ “AZƏRSU” RƏHBƏRLİYİ NƏYİ GÖZLƏYİR, NİYƏ İNSANLARIN İLLƏRDİR HARAYINA CAVAB VERİLMİR? – FOTOLAR

Dünən, 3 avqust tarixində Qubanın və Azərbaycanın qədim, tarixi kəndlərindən olan Alpan kəndindəydim…

Ucu-bucağı görünməyən kəndin gözəlliyi göz oxşayırdı…

Meşə, dağ, yaşıllıq, sərinlik…

Tarixi yerlər-ocaqlar, pirlər, ziyarətgahlar…

Alpan həm də sayılıb-seçilən insanları, tanınmış ziyalıları, elm adamları ilə məşhurdur…

Bu kənd həm də Qəhrəmanlar kəndidir…

Azərbaycanın ən çox Şəhid vermiş kəndlərindəndir…

Birinci İkinci Qarabağ Savaşında bu kənd Vətən yolunda 21 Şəhid verib…

Qeyd etdiyim və adından da göründüyü kimi, Alpan tarixi, qədim yaşayış məskənlərimizdəndir…

Özündə bir çox sirlər yatır…

Həm də təbiəti ilə göz oxşayır…

Amma atalar məsəlimizdə də deyildiyi kimi, hər gözəlin bir eyibi var…

Alpanın “eyibi” də onun su problemidir…

Kəndin əhalisinin böyük əksəriyyəti illərdir su problemindən əziyyət çəkir…

Kəndin bir çox yerində, xüsusilə, hündür, ucqar yerlərində yaşayanlar su üzünə həsrətdirlər…

Əllərində su vedrələri kilometrlərlə yol, məsafə ölçməli olurlar…

Quba kimi inkişaf etmiş bir rayona da heç yaraşan hal deyil…

Bu problem əslində çoxdan həllini tapmalıydı…

İnsanların, kənd sakinlərinin harayına, imdadına vaxtında cavab verilməliydi…

Görünür ki, aidiyyatı qurum və məsul şəxslərin daha “vacib” işləri var, olub, daha “önəmli” işlərə başları qarışıb…

Dünən kəndin, Qubanın ziyalı xanımlarından olan gözəl, istedadlı şair(ə) Firəngiz xanımgildə oldum…

Və Onun timsalında Alpanlıların su sarıdan nə qədər əziyyət və məşəqqət çəkdiyini gözlərimlə gördüm, bu durumun canlı şahidi oldum…

Həyətin, evin hər yeri su vedrələri ilə doluydu…

Ürəksızladan bir mənzərə…

Firəngiz xanım da kənd sakinləri kimi, bir an, tezliklə bu məsələnin həll olunmasını istəyir, xahiş və tələb edir…

Deyir ki, axı, nə vaxta kimi, buna dözəcəklər, dözmək məcburiyyətində qalacaqlar???!!!

Çox-çox haqlıdır…

ŞƏHİD AQİL MƏLİKOVUN NUR ÜZLÜ VALİDEYNLƏRİ-SARA ANA VƏ NİYAZ KİŞİ…

Alpanın ağsaqqallarından olan 77 yaşlı, İkinci Vətən Müharibəsi Şəhidi, “Azərbaycan Bayrağı” ordenli, iki övlad atası, Kapitan Aqil Məlikovun atası Niyaz kişi də su problemindən şikayətçidir, o da bu problemin həllinə əncam çəkilməsini istəyir…

Deyir ki, o vaxt, 1993-cü ilin avqustunda-Şəhid oğlu Aqil 7 yaşında olarkən onun adına “Əmənat kassa”sına 50 min manat (rubl) qoyub…

Sonra həmin pulun məbləği, dəyəri 62 minə çatıb…

Ancaq sonradan nə qədər çalışsa da, həmin pulu geri ala bilməyib…

İş məhkəməyəcən gedib çıxıb…

Həmin pul çəmi 13 manat 50 qəpik həcmində, məbləğində dəyərləndirilib…

Bu dəfə isə “Kapitalbank” Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edib…

Və üstündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə puldan, nə də Ali Məhkmənin qərarından xəbər var…

Şəhid atası isə deyir ki, hesablamalarına görə həmin pulun dəyəri indiki pulla 2 milyon manatdan çox edir…

“Mən istəyirəm ki, həmin pulu qaytarsınlar…Mən həmin pulun son qəpiyinə kimi kəndin su probleminin həllinə yönəltmək istəyirəm və yönəldəcəm…Mənə bir qara qəpiyi də lazım deyil…Təki Şəhid balamın Haqqı olan həmin pulu qaytarsınlar”-deyə, Şəhidimizin atası sözlərinə əlavə edir…

Bəli, görünən kəndə bələdçi lazım olmadığı kimi, Alpanın su problemi ilə də bağlı əlavə, uzun-uzadı şərhə, sözlərə ehtiyac yoxdur…

Hər şey gün kimi ortadadır…

Ona görə yaxşı olardı ki, Quba rayon rəhbərliyi və “Azərsu”dakı cənablar öz üzərlərinə düşən işin, vəzifənin öhdəsindən gəlsinlər, Alpanın illərdir davam edən su problemini həll etsinlər…

Etməlidirlər, etməlidirlər, etməlidirlər!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Gərginliyi azaltmaq və vəziyyəti daha da dərinləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq”-NED PRAYS

Read Next

3 avqustdakı qanlı insident Ermənistanın öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir