Gözlər AMEA-da-RAMİZ MEHDİYEV BU GÜN İSTEFAYA GEDƏCƏKMİ, YOLA SALINACAQMI?

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti toplantısının keçirilməsi nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, yayılan məlumatlara görə, bugünkü toplantıda son günlər istefası dilə gətirilən və tələb olunan akademik Ramiz Mehdiyev AMEA prezidentliyindən yola salına, istefaya göndərilə və AMEA-nın Birinci vitse-prezidenti Arif Həşimovla əvəzlənə bilər.

AMEA Rəyasət Heyətinin Mətbuat Xidməti tərəfindən bu yöndə yayılan məlumatlar-istefa məsələsi təkzib olunsa da, bir çoxları hələ də bugünkü toplantının məhz istefa ilə bağlı olmasında israr etməkdədirlər.

Eyni zamanda, bir çoxları “istefa” tələblərinin məhz akademikin özü tərəfindən planlaşdırıldığını, planlarının bir tərkib hissəsi olduğunu, onun özünün razılığı ilə dövriyyəyə buraxıldığını və bununla iqtidara, “yenilər”ə növbəti dəfə “əzələ” nümayiş etdirdiyini iddia etməkdədirlər.

Hər halda yaxın saatlarda və gün ərzində hər şeyə aydınlıq gətiriləcək.

Etikxeber.az

Read Previous

“Ermənistan regionda yeni reallığı qəbul etməlidir…”-SAHİBƏ QAFAROVA – FOTOLAR

Read Next

İcra başçısının nümayəndələrinə cinayət işi açıldı-İMİŞLİDƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir