“Gözlərim yaşardı…” – BAHAR MURADOVA

“Bu gün gənclərimizi dinlədik. Onlar oz yaşıdları, Müstəqil Azərbaycan Dövləti haqqında danışırdılar.Ürək dolusu, qürur və fəxarətlə”.

 

Etikxeber.az  xəbər verir ki, bunu vites-spiker Bahar Muradova öz “Facebook” statusunda yazıb.

B. Muradova yazıb ki, hər qarış torpağına bəslədikləri sevgi və məhəbbətlə.Uğrunda hər bir fədakarlığa hazırıq dedilər bu vətənin. Yolunda can verməyə,qan tökməyə qadirik söylədilər.
“O qədər gözəl ,o qədər səmimi və qətiyyətli idilər ki, qəlbim fərəhlə doldu, gözlərim yaşardı.

Ulu öndərimizin şah əsəri olan Azərbaycan dövlətinə sədaqət andı kimi səslənən cıxışlarında o qədər inamlı və inandırıcı idilər ki, bu günümüzün və sabahımızın etibarlı əllərdə olduğuna heç bir şübhə yerim qalmadı.
Milli liderimizə sevgiləri, möhtərəm Prezidentimiz İlham Əliyevə sonsuz inamları,həmyaşıdları və güvənc mənbəyi olan dövlətimizə sədaqətləri ilə gözümdə daha da böyüdülər.

Mənim ücün əziz olan hər ikisinə, həm Mustəqil Azərbaycanımıza, həm də onun yaşıdları olan Müstəqil Azərbaycan Gənclərinə üzümü tutaraq 25 YAŞIN MÜBARƏK deyirəm…”-deyə, B. Muradova daha sonra qeyd edib.

baharbahar

Etikxeber.az

Read Previous

Yeni yaddaş toplayıcıları 256 bit şifrləmə ilə qorunacaq

Read Next

“Qarabağ” “Sumqayıt”a böyük hesabla qalib gəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir