GUAM xarici işlər nazirləri ilə Yaponiyanın xarici işlər nazirinin görüşü keçiriləcək – MƏMMƏDYAROV – FOTO – YENİLƏNİB

Məmmədyarov: Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər

Sentyabrın 5-də Bakıda Azərbaycan və Yaponiya xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Taro Kononun görüşü olub.

Etikxeber.az xəbər verir ki, görüşdən sonra nazirlərin brifinqi keçirilib.

E. Məmmədyarov ölkələrarası dostluq və əməkdaşlıqdan söz açıb: “Azərbaycanla Yaponiya arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr inkişaf edir. Yaponiyanın 30 şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu ölkə Azərbaycana yeddi milyard dollar investisiya qoyub. GUAM-la Yaponiya arasında əlaqələrin qurulması nəzərdə tutulur. Odur ki, Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində GUAM ölkələri xarici işlər nazirləri ilə Yaponiyanın xarici işlər nazirinin görüşü keçiriləcək”.

ELMARRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRR

Nazir sonra deyib ki,  Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər.

E.Məmmədyarovun bildirdiyinə görə, bugünkü görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib: “Hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanda 30 Yaponiya şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb. Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və Azərbaycan arasında birbaşa aviareysin açılması məsələsini də müzakirə etdik”.

Nazir Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, bu məsələdə Yaponiyanın mövqeyi bəllidir:  “Onlar hesab edirlər ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır”.

Nazir həmçinin qeyd edib ki, T. Kono ilə görüş zamanı Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə sərmayələrin qoyulması məsələləri müzakirə edib. Yaponiya şirkətlərinin Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsində maraqlı olduğunu deyən nazir əlavə edib ki, Yaponiya tərəfindən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına böyük maraq göstərilir.

***

T. Kono da öz növbəsində deyib ki, Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib.

Onun sözlərinə görə, Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri gücləndirmək istəyir. Nazir bu səfər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümid etdiyini söyləyib. T.Kono bildirib ki, “Azəri-Çıraq-Günəşli” sazişinin yenilənməsi məmnunluq yaradır. Bu yenilənmə əməkdaşlığın güclənməsinə daha da təkan verəcək.

K.HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Siqaret alıcılarından şəxsiyyət vəsiqəsini tələb etmək düzgündürmü və qanunidirmi? – AÇIQLAMA

Read Next

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə niyə dəvət olundu? -AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir