“Güclü komandaya qalib gəldik və şanslarımızı artırdıq” – Qurban Qurbanov

“Qələbə münasibətilə hamını təbrik edirəm. Çox çətin oyunda qələbə qazanmağı bacardıq. Hər şey düşündüyümüz kimi alındı və futbolçularımıza təşəkkür edirəm. Fikrimcə, güclü komandaya qalib gəldik və şanslarımızı artırdıq”.

Etikxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində səfərdə Yunanıstanın “PAOK” klubu üzərində qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

Uğurlu əvəzetmələrin bəzən oyunların nəticələrinə təsir etdiyini vurğulayan baş məşqçi bildirib: “Rahid Əmirquliyev bu gün çox yaxşı oynadı. Matçın əvvəlində rəqib komanda sağ cinahdan təhlükəli hücumlar qururdu. Həmin cinahda Maksim Medvedev, Rahid Əmirquliyev və Qara Qarayev gözəl oynayaraq bir-birini tamamladılar. Miçel Madera çox təcrübəli oyunçudur. O da üzərinə düşən vəzifəni yerinə yetirdi. Qol vurmasaydı da, onun oyunundan razı qalacaqdım. Ümumiyyətlə, hamının oyunundan razı qaldım”.

Q.Qurbanov “Qarabağ”ın növbəti mərhələyə keçmək şansını dəyərləndirərkən deyib: “Hər uğurlu oyundan sonra məsuliyyət bir az da artır. Bu qələbə həm də işimizi bir az çətinləşdirdi. Ancaq şansımız var. Lakin məncə, “PAOK”un da mərhələ keçmək şansı var. Mübarizə son turadək davam edəcək”.

Etikxeber.az

Read Previous

“Freedom House” Azərbaycan hökumətinə hüquq müdafiəçilərilə bağlı çağırış etdi

Read Next

“Turistlər daha çox Gürcüstana gedirdilər, indi isə…” – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir