Güclü külək əsəcək-SABAH

İyunun 27-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz.

Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacaq.

Etikxeber.az

Read Previous

Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!”-MEHRİBAN ƏLİYEVA PAYLAŞIM ETDİ

Read Next

Silahlı Qüvvələr Günündə dünyaya gələn 3 övlad atası, 3 medal və 1 ordenli, Mayor İlkin Əhədzadə: BU GÜN ONUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 37 YAŞI TAMAM OLUR…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir