Güclü külək olacaq-XƏBƏRDARLIQ

Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.  

Martın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-8, yüksək dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən martın 3-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Xəbərdarlıq

Martın 3-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.  

Azərbaycanın rayonlarında martın 3-də, əsasən dağlıq və dağətəyi ərazilərdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. 

Etikxeber.az

Read Previous

YAP qurultaya gedir…-BÖYÜK DƏYİŞİKLİKLƏRİN, YENİLƏNMƏLƏRİN OLACAĞI, “KÖHNƏLƏR”İN ÇOXU İLƏ VİDALAŞILACAĞI GÖZLƏNİLİR , BƏZİ YAP-ÇI DEPUTATLARA DƏVƏT GƏLMƏYİB, TANINMIŞ BİTƏRƏFLƏRDƏN DƏ YAP-A KEÇƏNLƏR, RƏHBƏRLİYƏ GƏTİRİLƏNLƏR OLA BİLƏR… – YENİLƏNİB – (3)

Read Next

Yoluxmada yenidən artım-352 – DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir